Xamneyi: “İranda qısa vaxtda koronavirusun kökü kəsiləcək”

Xamneyi: “İranda qısa vaxtda koronavirusun kökü kəsiləcək”
# 03 mart 2020 17:01 (UTC +04:00)

İranın Ali lideri ayətullah Əli Xamneyi ölkədə koronavirusa qarşı mübarizədə bütün qurumları Səhiyyə Nazirliyi ilə əməkdaşlıq etməyə çağırıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Ə. Xamneyi koronavirusun qarşısını almaq üçün əhaliyə dövlət qurumlarının göstərişlərinə əməl etməyi tövsiyə edib.

“İranda qısa müddət ərzində koronavirusun kökü kəsiləcək”, - deyə İranın Ali lideri vurğulayıb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 77-ə, xəstəliyə yoluxanların sayı isə 2336-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR