Yaponiya sahillərində yük gəmisinin batması nəticəsində 13 nəfər itkin düşüb

Yaponiya sahillərində yük gəmisinin batması nəticəsində 13 nəfər itkin düşüb
# 29 fevral 2020 23:31 (UTC +04:00)

Yaponiyanın Aomori prefekturasının sularında Beliz bayrağı ilə üzən “GUOXING-1” yük gəmisi balıqçı gəmisi ilə toqquşaraq batıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Kiodo xəbər agentliyi məlumat yayıb.

Sahil mühafizə xidmətinin əməkdaşlarının sözlərinə görə, hadisə yerli vaxtla saat 22.20-də baş verib. Toqquşmadan sonra balıqçı gəmisi limana qayıda bilib. Gəmidə olan 15 ekipaj üzvü xəsarət almayıb.

Yük gəmisindən isə bir nəfər xilas olub, 13 nəfər itkin düşüb. Onların tapılması üçün 4 patrul gəmisi axtarışa göndərilib.

Qeyd edək ki, gəmidəki heyət üzvlərinin hamısı əcnəbilər olub. Onların arasında Çin, Vyetnam və Filippin vətəndaşları da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR