İranda bu gündən prezidentliyə namizədlərin qeydiyyatı başlayıb

İranda bu gündən prezidentliyə namizədlərin qeydiyyatı başlayıb
# 11 may 2021 11:39 (UTC +04:00)

İranda bu gün səhər saatlarından prezidentliyə namizədlərin qeydiyyatı başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.

Qeyd edək ki, İranda 13-cü prezident seçkiləri iyunun 18-nə təyin edilib. Prezident seçkilərində iştirak etmək istəyənlərin yaşı 40-dan aşağı və 75-dən yuxarı ola bilməz. Qanunlara görə, seçkidə iştirak etmək istəyənlər qeydiyyatdan keçdikdən sonra İran Konstitusiyasının Mühafizə Şurası (Konstitusiya Qəyyumları Şurası) tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən təsdiqlənən namizədlərin adları mayın 26-da açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR