İranda zəlzələ olub

İranda zəlzələ olub
# 07 may 2021 19:22 (UTC +04:00)

İranda 4.2 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ Buşəhr əyalətinin Qənavə limanı yaxınlığında qeydə alınıb. Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.

Hələlik dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR