İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 89-a  çatıb

Qəzza Zolağı

© APA | Qəzza Zolağı

# 13 may 2021 12:24 (UTC +04:00)

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 89-a çatıb.

APA-nın xəbərinə görə, İsrailin raket zərbələri nəticəsində indiyədək Qəzzada 83 nəfər həlak olub.

Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərin 17-si uşaq, 7-si qadındır.

"HAMAS"ın İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində isə 6 nəfər həlak olub. Ölənlər arasında həm mülki vətəndaşlar, həm də hərbçilər var.

Xatırladaq ki, mayın 10-dan etibarən İsrail və "HAMAS" arasında gərginlik artıb.

Tərəflər bir-birinə raket zərbələri endirib.

İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, Qəzza ərazisindən İsrailə indiyədək 1000-dən çox raket atılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR