Ərdoğan Türkiyənin Qətərdəki hərbi bazasında olub

#
# 20:43
25 noyabr 2019

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrini bu ölkədə yerləşən hərbi bazasına baş çəkib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Ərdoğan hərbçilərlə görüşü zamanı Türkiyə Silahlı Qüvvələrini Qətərin təhlükəsizliyinin qarantı adlandırıb. 

O, qeyd edib ki, Qətərin Ankara üçün təhlükəsizliyi heç də Türkiyənin özünün maraqlarının qorunmasından daha az əhəmiyyət kəsb etmir. 

Ərdoğan Qətərdəki Türkiyəyə məxsus hərbi bazanın müdafiə qabiliyyətini artırmaq və birgə təlimlər keçirmək üçün yaradıldığını vurğulayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR