Ərdoğan: “Qısa zamanda Liviyada atəşkəs razılaşmasının imzalanmasını arzulayıram”

Ərdoğan: “Qısa zamanda Liviyada atəşkəs razılaşmasının imzalanmasını arzulayıram”
# 13 yanvar 2020 18:07 (UTC +04:00)

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İtaliyanın Baş Naziri Cüzeppe Konte arasında görüş keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, görüşdən sonra Türkiyə Prezidenti və İtaliya Baş Naziri mətbuata birgə bəyanatla çıxış ediblər.

Ərdoğan bildirib ki, qısa zamanda Liviyada atəşkəs razılaşmasının imzalanmasını arzulayır: “Bununla əlaqədar Türkiyə nümayəndə heyəti Moskvada səfərdədir. Baş Nazir Konte ilə görüşdə Liviya məsələsini ətraflı şəkildə müzakirə etdik”.

Türkiyə Prezidenti qeyd edib ki, bu həftəsonu Berlində Liviya ilə bağlı keçiriləcək sammitə qatılacaq.

C. Konte Moskvada Rusiya və Türkiyə nümayəndə heyətləri arasında Liviyaya dair aparılan müzakirələrdən müsbət gözləntilərinin olduğunu bildirib.

“İtaliya da Liviyada qısa zaman ərzində atəşkəsin, sülhün əldə olunmasının tərəfdarıdır”, - deyə Baş Nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR