Pakistanda növbədənkənar prezident seçkilərinin vaxtı təyin olunub

Pakistanda növbədənkənar prezident seçkilərinin vaxtı təyin olunub
# 22 avqust 2008 10:23 (UTC +04:00)
İslamabad-APA. Pakistan Seçki Komissiyası ölkədə növbədənkənar prezident seçkilərinin tarixini müəyyənləşdirib. APA-nın məlumatına görə, seçkilər sentyabrın 6-da keçiriləcək. Prezidentliyə namizədlərin irəli sürülməsi üçün cəmi bir həftə vaxt müəyyənləşib. Namizədlərin yekun siyahısı avqustun 28-də açıqlanacaq. Hələlik, terror aktının qurbanı olmuş Bənazir Bhuttonun həyat yoldaşı Asif Əli Zardarinin prezidentliyə namizəd olub-olmayacağı məlum deyil. Qeyd edək ki, Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf avqustun 18-də tutduğu postdan istefa verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR