Dünyanın ən yaşlı kişisi 113 yaşını qeyd edib

Dünyanın ən yaşlı kişisi 113 yaşını qeyd edib
# 18 sentyabr 2008 13:14 (UTC +04:00)
Tokio – APA. 2007-ci ildə dünyada ən yaşlı kişi seçilmiş yaponiyalı Tomoji Tanabe 113 yaşını qeyd edib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, oğlunun evində yaşayan T. Tanabenin 8 övladı, 25 nəvəsi, 52 nəticəsi və 6 kötücəsi var. Yaponiyalı qoca jurnalistlərə bildirib ki, uzunömürlülüyünün səbəbi alkoqol, tütün və yüngül qəlyanaltılardan uzaq durması və iştahlı olmasındadır. Onun ən çox sevdiyi məşğuliyyət qəzet oxumaq, gündəlik tutmaq və insanlarla söhbət etməkdir.

Qeyd edək ki, hazırda yer kürəsinin ən yaşlı insanı 114 yaşlı amerikalı Edna Parker sayılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR