İraqda dövlət çevrilişinə hazırlaşan 35 nəfər həbs olunub

İraqda dövlət çevrilişinə hazırlaşan 35 nəfər həbs olunub
# 18 dekabr 2008 12:33 (UTC +04:00)
Bağdad-APA. İraq Daxili İşlər Nazirliyi dövlət çevrilişinə hazırlaşan çoxlu sayda məmuru həbs edib. APA-nın məlumatına görə, həbs olunan 35 nəfər arasında hər iki məzhəbin nümayəndələri və 4 general var. Həbs olunan şəxslər sabiq prezident Səddam Hüseynin “BƏƏS” partiyasının fəaliyyətini bərpa etməkdə və dövlət çevrilişinə hazırlaşmaqda ittiham olunurlar. Baş verən hadisənin detalları açıqlanmır. “The New York Times” baş nazir Nuri əl-Malikinin bu addımla regional seçkilər ərəfəsində mümkün rəqiblərini təmizləmək istədiyini bildirib. Həbslərin davam edəcəyi istisna edilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR