İsrailin Qəzza zolağına zərbə endirməsi neftin qiymətinin bahalaşmasına səbəb olub

İsrailin Qəzza zolağına zərbə endirməsi neftin qiymətinin bahalaşmasına səbəb olub
# 29 dekabr 2008 13:51 (UTC +04:00)
Nyu-York-APA. Nyu-York əmtəə birjasında neftin qiyməti 42 dollara çatıb. APA-nın məlumatına görə, Bakı vaxtı ilə 14.30-da bağlanmış sazişlərdə neftin satış qiyməti 42,2 dollar olaraq müəyyənləşib. Bu, dekabrın 26-da qeydlə alınan ən yüksək qiymətdən 12 faiz çoxdur. Neftin qiymətinin yenidən bahalaşmasına İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri təsir göstərib. Sərmayədarlar münaqişənin yenidən alovlanması ilə Yaxın Şərqdən dünya bazarına neft nəqlində fasilələrin yaranmasından ehtiyatlanırlar. Qeyd edək ki, dekabrın 24-də neftin qiyməti minimuma çatmışdı. OPEK üzvü olan dövlətlər neftin bahalaşmasını təmin etmək üçün gündəlik neft hasilatını 2,2 milyon barel azaltmaq barədə qərar qəbul ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR