İsrail “HAMAS”la danışıqlarda Rusiyanın vasitəçilik təklifini rədd edib

İsrail “HAMAS”la danışıqlarda Rusiyanın vasitəçilik təklifini rədd edib
# 05 yanvar 2009 07:37 (UTC +04:00)
APA-nın məlumatına görə, İsrailin xarici işlər naziri Çipi Livni bildirib ki, Rusiya prezidentinin Yaxın Şərqdə xüsusi nümayəndəsi Aleksandr Saltanovun İsraillə “HAMAS” arasında danışıqlarda vasitəçilik etmək təklifi qəbul olunmazdır: “Bizim “HAMAS”ı məhv etmək niyyətimiz ciddidir. Biz onlara legitim status vermək və danışıq aparmaqla şərəfləndirmək niyyətində deyilik”. Qeyd edək ki, İsrailin xarici işlər naziri ilə görüşdə Aleksandr Saltanov rəsmi Tel-Əvivin təkliflərini Dəməşqdə yaşayan “HAMAS”ın siyasi lideri Xaled Maşala çatdıra biləcəyini deyib. Bir gün əvvəl İsrailin baş naziri Ehud Olmertlə telefonla danışan Rusiya prezidenti Dmitri Medvedyev Qəzza zolağında humanitar durumdan narahatlığını ifadə edib və atəşkəs rejiminin bərpasını vacib saydığını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR