İran parlamenti koronavirusa görə iki həftəlik tətilə çıxıb

İran parlamenti koronavirusa görə iki həftəlik tətilə çıxıb
# 19 aprel 2021 15:00 (UTC +04:00)

Koronavirusla mübarizə qərargahının protokollarına uyğun olaraq İran parlamenti iki həftəlik tətilə çıxıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Əmirabadi Fərahani deyib.

Onun sözlərinə görə, Tehranda və bir çox şəhərlərdə koronavrius pandemiyasının 4-cü dalğası başladığı üçün gələn həftədən (24 apreldən etibarən) 2 həftə müddətinə parlamentin açıq iclasları keçirilməyəcək və deputatlar öz seçki dairələrinə gedəcəklər.

O bildirib ki, deputatlar öz seçki dairələrində seçicilərlə telefon və internet vasitəsilə görüşlər keçirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR