Bayden Makronla Əfqanıstandakı vəziyyəti müzakirə edib

Bayden Makronla Əfqanıstandakı vəziyyəti müzakirə edib
# 20 avqust 2021 05:55 (UTC +04:00)

ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron arasında telefon danışığı olub. İki lider danışıq zamanı Əfqanıstandakı vəziyyəti, o cümlədən Kabul hava limanında insanların təxliyəsi prosesini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Onlar Əfqanıstan üzrə müttəfiqlər və demokratik tərəfdaşlar arasında humanitar yardım və qaçqınlara dəstək mövzusunda sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğuladılar”, - məlumatda belə deyilir.

İki lider gələn həftə Əfqanıstanla bağlı G-7-nin virtual sammitinin keçirilməsi planlarını da alqışlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR