Çavuşoğlu: “Rusiyanın turizmlə bağlı əleyhimizə siyasət apardığını hesab etmirik”

Çavuşoğlu: “Rusiyanın turizmlə bağlı əleyhimizə siyasət apardığını hesab etmirik”

© APA | Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

# 10 iyun 2021 00:32 (UTC +04:00)

“Bəzi sahələrdə fikir ayrılıqlarımız olsa da, biz qonşu Rusiya ilə prinsipial və yaxşı əlaqələr qururuq”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber  telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, Türkiyənin xarici əlaqələri şəffaf və prinsipial olduğu üçün bütün ölkələrlə əməkdaşlığa açıqdır: “Rusiyadan təbii qaz və neft alırıq, amma biz həm də bir NATO müttəfiqiyik. Doğrudur, Türkiyə üzvü olduğu NATO-ya bir yanlışı olduğu zaman buna qatılmasa da, ən önəmli müttəfiqidir, fəaliyyətlər baxımından ilk beşinci sıradadır, büdcə dəstəyi baxımdan isə ilk səkkizlikdədir. Amma bizim prinsipial mövqeyimiz Rusiya ilə əməkdaşlığımıza da mane olmur. Turizm sahəsində Rusiyanın bizim əleyhimizə siyasət aparacağını  hesab etmirik. Bunu cənab Putin də vurğuladı. Nazir müavinimiz Sedat Önalın Ruisya tərəflə  danışıqları olub, uçuşların da başladılması ilə bağlı razılığa gəlməkdədirlər”, deyə M.Çavuşoğlu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR