Çində kömür mədənində partlayış olub, ölən var

Çində kömür mədənində partlayış olub, ölən var
# 05 iyun 2021 08:22 (UTC +04:00)

Çinin mərkəzi Henan vilayətinin Hebi şəhər dairəsində kömür mədənində baş verən partlayış nəticəsində azı bir nəfər ölüb və yeddi nəfər itkin düşüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası yerli hakimiyyət orqanlarının açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, qaz və kömür tozunun partlaması yerli vaxtla saat 17:50-də (Bakı vaxtı ilə 13:50) “Hebi Meydyan” şirkətinin mədənində baş verib.

Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR