Əfqanıstanda Britaniya-Amerika təşkilatının 10 minatəmizləyəni maskalılar tərəfindən öldürülüb

Əfqanıstanda Britaniya-Amerika təşkilatının 10 minatəmizləyəni maskalılar tərəfindən öldürülüb
# 09 iyun 2021 08:44 (UTC +04:00)

Əfqanıstanda minaların təmizlənməsi ilə məşğul olan “HALO Trust” Britaniya-Amerika qeyri-kommersiya təşkilatının 10 əməkdaşı maskalı silahlı şəxslər tərəfindən öldürülüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli televiziya kanalı “1TV” özəl mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hücum ölkənin şimal-şərqindəki Bağlan əyalətində, Mərkəzi Bağlan bölgəsində baş verib. Silahlı şəxslər 14 işçini də yaralayıblar.

Rəsmilərin bildirdiyinə görə, hücumu radikal “Taliban” hərəkatının silahlıları həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR