Əfqanıstanda məsciddə törədilmiş terrorda ölənlərin sayı 150-yə çatıb - YENİLƏNİB

Əfqanıstanda məsciddə törədilmiş terrorda ölənlərin sayı 150-yə çatıb - YENİLƏNİB
# 09 oktyabr 2021 18:42 (UTC +04:00)

Əfqanıstanın Qunduz əyalətindəki Səid-Abad şiə məscidində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 150-yə çatıb.

APA-nın xəbərinə görə, bu barədə yerli “Ettelaat-e ruz” qəzeti regionun hakim orqanlarına istinadən məlumat yayıb.

Bundan əvvəl terror aktının 100 nəfərin həyatına son qoyduğu, 200-dən çox insanın isə yaralandığı barədə məlumat yayılmışdı.

***

8 oktyabr 19.42

Əfqanıstanın Qunduz əyalətində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 46-ya çatıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə "Baxtar" dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Qunduz vilayətinin Bəndər şəhərinin Xan Abad rayonunda şiə məscidində törədilən partlayış nəticəsində 46 nəfər ölüb, 140-dan çox adam yaralanıb.

Qeyd edək ki, hələlik heç bir qruplaşma terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

***

16:44

İlkin məlumata görə, Əfqanıstanın Qunduz əyalətində törədilmiş terror aktı nəticəsində ölü və yaralı sayı 100-dən çoxdur.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasından bildirilib.

BMT-nin Əfqanıstana Yardım Missiyası terror aktına görə dərin narahatlığını ifadə edib.

AFP-nin xəstəxanadakı mənbələrə istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində ən azı 50 nəfər ölüb.

***

saat 14:46

Əfqanıstanda məsciddə terror aktı törədilib.

APA-nın xəbərinə görə, bu barədə “Taliban” hərəkatının nümayəndəsi, eyni zamanda hökumətin müvəqqəti təyin edilmiş informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini tutan Zabihulla Mücahid bildirib.

Onun sözlərinə görə, ölkənin Qunduz əyalətinin Bəndər şəhərinin Xan Abad rayonunda şiə məscidində partlayış baş verib. Z. Mücahid partlayış nəticəsində ölənlər və yaralananların olduğunu bildirib. Ölənlərin sayı hələ açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR