Əfqanıstanda partlayış nəticəsində 1 uşaq ölüb, 2 uşaq yaralanıb

Əfqanıstanda partlayış nəticəsində 1 uşaq ölüb, 2 uşaq yaralanıb
# 20 sentyabr 2021 04:16 (UTC +04:00)

Əfqanıstanın Nanqarhar əyalətinin Şerzad rayonunda partlayış başverib.

APA xəbər verir ki, bu barədə “TOLO News” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Taliban” nümayəndəsi Bilal Kərimi bildirib ki, hadisə nəticəsində bir uşaq ölüb, iki uşaq yaralanıb. Onun sözlərinə görə, partlayışı radikal cərəyana məxsus avtomobilə yerləşdirilmiş qurğunun işə salınması nəticəsində baş verib.

Hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR