Ərdoğan BMT-dən dünyaya səslənib: "Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, torpaqlarındakı işğala son qoyub"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 21 sentyabr 2021 23:02 (UTC +04:00)

“Qafqazda sülh və sabitlik baxımdan yaxın müddətdə önəmli addımlar atılıb”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasından dünya ictimaiyyətinə ünvanladığı müraciətində bildirib.

Ərdoğan deyib ki, Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub: “Bu hadisə regionda daimi sülhün bərpasına fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləmək qərarındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR