Ərdoğan: “Kabil Hava limanında fəaliyyətimizlə bağlı müsbət mövqeyimizi qoruyuruq” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 07 sentyabr 2021 21:23 (UTC +04:00)

“Biz Kabil hava limanında Qətərin də fəaliyyətinə əvvəlcədən müsbət yanaşmışıq. Biz bu hava limanındakı fəaliyyətimizlə bağlı müsbət mövqeyimizi qoruduq, qoruyuruq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisek ilə birgə keçirilən mətbuat konfransından sonra jurnalistlərin sualların cavablandırarkən bildirib.

R.T.Ərdoğan deyib ki, hazırkı vəziyyətdə Əfqanıstanda qazanılan müsbət inkişaflar Türkiyənin nəzarətində deyil: “Proseslər Türkiyənin prinsiplərinə uyğun istiqamətdə davam edərsə, o halda Qətərin fəaliyyəti də əsas olmaqla Türkiyə öz müsbət mövqeyini ortaya qoyar”.

“Taliban” hərəkatının Əfqanıstanın yeni hökumətinin tərkibini elan etməsi məsələsinə toxunan Türkiyə Prezidenti bu hökumətin nə qədər davam edəcəyinin müəyyən olmadığını vurğulayıb: “Bu hökumətin nə qədər davam edəcəyini bilmirik, hər halda daimi olduğunu demək çətindir. Biz bu prosesi diqqətlə izləyirik. Ümid edirəm ki, bütün Əfqanıstan xalqı üçün yaxşı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR