“Fərat Qalxanı”nda terror aktı törədilib, ölən və yaralananlar var

“Fərat Qalxanı”nda terror aktı törədilib, ölən və yaralananlar var
# 28 sentyabr 2021 19:19 (UTC +04:00)

PKK/YPG terror təşkilatı Türkiyə ordusunun “Fərat Qalxanı” bölgəsində terror aktı törədib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, iki ayrı yerdə törədilən partlayışda 2 Suriya vətəndaşı ölüb, 19-u yaralanıb.

“PKK/YPG və dəstəkçiləri unutmamalıdır ki, regionun təhlükəsizliyi və sabitliyi üçün bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcək və terror yuvalarını dağıtmağa davam edəcəyik” - deyə MN-nin açıqlamasında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR