Fici sahillərində 6.6 bal gücündə zəlzələ baş verib

Fici sahillərində 6.6 bal gücündə zəlzələ baş verib
# 22 may 2021 06:17 (UTC +04:00)

Sakit Okeanın Fici sahillərində 6.6 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri, təxminən 28 min əhalisi olan Lambasa şəhərindən 349 km şərqdə olub.

Yeraltı təkanın ocağı 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi bildirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR