İran Atom Enerji Təşkilatına məxsus binada təxribata cəhdin qarşısı alınıb

İran Atom Enerji Təşkilatına məxsus binada təxribata cəhdin qarşısı alınıb
# 23 iyun 2021 13:04 (UTC +04:00)

İran Atom Enerji Təşkilatının binalarından birində təxribata cəhdin qarşısı alınıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə məlumatı yerli PRESS TV təhlükəsizlik xidmətindəki mənbəyə istinadən yayıb.

İran Atom Enerji Təşkilatından verilən açıqlamaya görə, bu gün səhər Kərəc şəhəri ətrafında qurumun binasında təxribata cəhdin qarşısı alınıb.

Hadisə zamanı hər hansı itki qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR