İran nüvə danışıqlarında müvəqqəti saziş imzalamayacaq

Səid Xətibzadə

© APA | Səid Xətibzadə

# 06 dekabr 2021 12:31 (UTC +04:00)

İran yalnız sanksiyaların ləğvi ilə bağlı danışıqlar aparır, müvəqqəti və ya keçid razılaşmasını nəzərdən keçirmir.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

Xətibzadə bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına ABŞ-ın yenidən qoşulmasına dair Vyanada keçirilən müzakirələrdə İran iki əsas şərt - ABŞ sanksiyalarının götürülməsi və İranın kompensasiya addımlarının dayandırılması əsasında danışıqlar aparır.

Mətbuat katibi əlavə edib ki, İran tələsmir, lakin "eyni zamanda heç kimə Vyanada onların vaxtı və enerjisi ilə oynamağa icazə verməyəcək".
Xətibzadə iddia edib ki, İran nümayəndə heyəti danışıqlarda çevik olmaq istəsə də, qarşı tərəf buna həvəs göstərməyib və nümayəndə heyətinin sanksiyalar, nüvə məsələləri ilə bağlı təqdim etdiyi iki sənədlə bağlı digər iştirakçılar dünya dövlətlərinin rəyini almağa yönəliblər.
Onun sözlərinə görə, Vyanadakı danışıqlar başa çatmayıb, sadəcə bir müddətlik fasilə verilib və gələn həftənin sonu danışıqların davam etdirilməsi vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR