İranda bu ilin altı ayında 8644 nəfər yol qəzalarında ölüb

İranda bu ilin altı ayında 8644 nəfər yol qəzalarında ölüb
# 02 noyabr 2021 19:53 (UTC +04:00)

İranda yol qəzalarında gündə 46 nəfər həyatını itirir.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Tibbi Ekspertiza Təşkilatı məlumat yayıb.

Bildirilib ki, cari ilin ilk altı ayında (İranda il martın 21-də dəyişir-red.) 8644 nəfər yol qəzalarında həyatını itirib.

Məlumata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR