İranda COVID-19-dan ölənlərin sayı 78 mini keçib

İranda COVID-19-dan ölənlərin sayı 78 mini keçib
# 21 may 2021 14:00 (UTC +04:00)

İranda ötən sutka ərzində 200 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunub ki, bununla da ölkədə bu virusdan ölənlərin sayı 78 194 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 11 250 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 815 882 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR