İranda daha 10 363 nəfər COVID-19-a yoluxub

İranda daha 10 363 nəfər COVID-19-a yoluxub
# 03 noyabr 2021 14:19 (UTC +04:00)

İranda ötən sutka ərzində 147 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 126 763 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 10 363 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5 954 962 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR