İranda daha 162 nəfər koronavirusdan ölüb

İranda daha 162 nəfər koronavirusdan ölüb
# 20 oktyabr 2021 15:10 (UTC +04:00)

İranda ötən sutka ərzində 162 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 124 585 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 770 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 5 821 737 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR