İranda daha 223 nəfər koronavirusdan ölüb

İranda daha 223 nəfər koronavirusdan ölüb
# 14 oktyabr 2021 15:34 (UTC +04:00)

İranda ötən sutka ərzində 223 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 123 498 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 964 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5 754 047 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR