İranda koronavirusdan ölənlərin sayı 81 063-ə yüksəlib

İranda koronavirusdan ölənlərin sayı 81 063-ə yüksəlib
# 06 iyun 2021 14:03 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 122 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 81 063 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 5612 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 966 363 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR