İranda mədən işçilərini daşıyan avtobus aşıb, 29 nəfər yaralanıb

İranda mədən işçilərini daşıyan avtobus aşıb, 29 nəfər yaralanıb
# 13 noyabr 2021 11:35 (UTC +04:00)

İranda mədən işçilərini daşıyan avtobus aşıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, yol qəzası İsfahan əyalətində baş verib.

Molla Əhməd şəhəri istiqamətində hərəkət edən avtobus qəzaya uğrayıb.

Qəza nəticəsində 29 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın başvermə səbəbi açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR