İranda neft emalı zavodundakı yanğın nəzarətə götürülüb - FOTO - VİDEO - YENİLƏNİB-1

İranda neft emalı zavodundakı yanğın nəzarətə götürülüb - FOTO  - VİDEO  - YENİLƏNİB-1
# 02 iyun 2021 21:52 (UTC +04:00)

Tehranın neft emalı zavodunda dizel yanacağı saxlanılan çənlərində baş vermiş yanğın nəzarətə götürülüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran Neft Emalı Zavodunun mətbuat katibi Şakir Xəfayi deyib.

O bildirib ki, günün ikinci yarsında yerli vaxtla saat 19:30-da başlayan yanğın zavodun dizel saxlanılan anbarında baş verib və 20 min barel dizel yanacağı yanıb: "Hazırda yanğın nəzarətə götürülüb və onun digər neft saxlama çənlərinə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğın dizel yanacağı saxlama çənlərində baş verdiyi üçün onu söndürmək mümkün deyil və yalnız yanğını nəzarətə götürməklə həmin yanacağın tam yanıb sönməsini gözləmək lazımdır".

***

Saat 20:50

Bu dəqiqələrə qədər Tehran neft emalı zavodunun 18 neft çəni güclü yanğın nəticəsində yanıb.

APA-nın İran bürosunun məlumatına görə, yanğın güclü olduğundan neft saxlama çənləri bir-birinin ardınca yanıb.

Yanğınsöndürənlər yanğını söndürməkdə çətinlik çəkirlər.

Hələlik yanğında xəsarət alanlar barədə məlumat verilməyib.

***

Saat 20:00

İranın paytaxtı Tehran şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, yanğının zavodda maye qaz nəql edən boru kəmərində baş verdiyi bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Tehrandakı bütün neft emalı zavodlarında iş dayandırılıb. Əhalidən yolların açıq saxlanılması istənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR