İranda ötən sutka 635 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 635 nəfər koronavirusdan ölüb
# 07 sentyabr 2021 13:32 (UTC +04:00)

İranda ötən sutka ərzində 635 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 111 892 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 27 138 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 5 184 124 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR