İranda ötən sutka koronavirusdan daha 165 nəfər ölüb

İranda ötən sutka koronavirusdan daha 165 nəfər ölüb
# 04 iyul 2021 15:12 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 165 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 84792 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 13781 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 254 818 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR