İranda ötən sutkada COVID-19-dan 115 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 115 nəfər ölüb
# 12 iyun 2021 14:39 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 115 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 81 911 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 7 444 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 020 522 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR