İranda ötən sutkada koronavirusdan 210 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 210 nəfər ölüb
# 23 iyul 2021 15:03 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 210 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 88 273 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 21 814 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 645 654 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR