İranda son sutkada 669 nəfər koronavirusdan ölüb

İranda son sutkada 669 nəfər koronavirusdan ölüb
# 30 avqust 2021 13:56 (UTC +04:00)

İranda ötən sutka ərzində 669 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 107 151 nəfərə yüksəlib.

Ölkədə ötən sutka ərzində 33 780 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 4 960 744 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR