İranda son sutkada koronavirusdan daha 268 nəfər ölüb

İranda son sutkada koronavirusdan daha 268 nəfər ölüb
# 25 iyul 2021 14:43 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 268 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 88 800 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 27146 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 691 432 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR