İranda zəlzələ olub

İranda zəlzələ olub
# 01 oktyabr 2021 06:31 (UTC +04:00)

İranın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ Qrinviç vaxtı ilə saat 01:15-də (Bakı vaxtı ilə saat 05:15) qeydə alınıb. Yeraltı təkanların episentri eyniadlı nüvə stansiyasının yerləşdiyi Buşəhr şəhərindən 95 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində tələfat və ya dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR