İranın Baş Qərargah rəisi Pakistana səfər edəcək

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqir

© APA | İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqir

# 11 oktyabr 2021 15:49 (UTC +04:00)

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri sabah Pakistana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, səfər Pakistan Ordusunun komandanı, general Qamar Cavid Bacvanın rəsmi dəvəti ilə baş tutacaq.

M. Baqrininn Pakistanın baş naziri, Ordu Komandanı, Baş Qərargah rəisi və digər rəsmilərlə görüşləri nəzərdə tutulub.

Nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Pakistanın cənubundakı Karaçi liman şəhərini və qonşu ölkənin bu bölgədəki bəzi hərbi və dəniz mərkəzlərini ziyarət edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR