İsraildə meşə yanğınları söndürülüb

İsraildə meşə yanğınları söndürülüb
# 18 avqust 2021 18:55 (UTC +04:00)

İsraildə meşə yanğınları söndürülüb.

APA-nın "DPA "International"a istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin İctimai Təhlükəsizlik Nazirliyinin sözçüsü Omer Bar-Lev bildirib.

Onun sözlərinə görə, Yerusəlimin qərbində meşəlik ərazidə 3 gündür davam edən yanğın söndürülüb.

Yanğın avqustun 15-də başlayıb, yanğınsöndürmə briqadalarının səylərinə və yanğınsöndürmə təyyarələrinin istifadəsinə baxmayaraq, yayılmağa davam edib. Polisin verdiyi məlumata görə, minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hərbçilər helikopterlərlə təxliyəyə dəstək verib.

İsrailin XİN başçıs Yair Lapid yanğınla mübarizəyə dəstək üçün Yunanıstan, Kipr, Fransa, İtaliya və digər ölkələrə müraciət edib və daha sonra nazir "Twitter" hesabından paylaşdığı məlumatda bildirib ki, artıq beynəlxalq dəstəyə ehtiyac yoxdur və yanğınlar nəzarətə alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR