Kabildə iki partlayış nəticəsində azı 5 nəfər ölüb

Kabildə iki partlayış nəticəsində azı 5 nəfər ölüb
# 12 iyun 2021 16:20 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə şəhərində şənbə günü baş verən iki partlayış nəticəsində ən azı 5 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə "TOLOnews" telekanalı Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir.

Qeyd olunur ki, partlayışlar şəhərin iki rayonunda yarım saatdan az olan fərqlə baş verib. Partlayışların hədəfi mülki vətəndaşları daşıyan iki mikroavtobus olub.

Daxili İşlər Nazirliyi qurbanların sayının arta biləcəyini istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR