Kabildə məscid yaxınlığında partlayışda ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB-2

Kabildə məscid yaxınlığında partlayışda ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB-2
# 03 oktyabr 2021 18:02 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə İdqax məscidi yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Partlayış nəticəsində 32 nəfər isə yaralanıb.

***

saat 17.31

Əfqanıstanın paytaxtı Kabildə İdqax məscidi yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Partlayış nəticəsində 32 nəfər isə yaralanıb.

***

saat 17.06

Əfqanıstanın paytaxtı Kabildə İdqax məscidi yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı artır.

APA-nın “Al Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.

***

saat 16.42

Əfqanıstanın paytaxtı Kabildə İdqax məscidi yaxınlığında güclü partlayış törədilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Taliban Hərəkatının rəsmi nümayəndəsi Zabihulla Mucahidin anası ilə vida mərasimi zamanı baş verib.
Hazırda məscid yaxınlığında atışma gedir. Atışmanın Taliban Hərəkatı və İŞİD terror təşkilatının üzvləri arasında olduğu ehtimal edilir.
Z. Mücahid çoxlu sayda insanın toplaşdığı mərasim zamanı baş verən partlayış nəticəsində dinc sakinlər arasında ölənlərin olduğunu bildirib.
İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb.
Əfqanıstan Daxili İşlər Nazirliyi 3 nəfərin saxlanıldığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR