Kabildə Türkiyə ilə “Taliban” arasında danışıqlar 3 saatdan çox davam edib

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 27 avqust 2021 11:46 (UTC +04:00)

Türkiyə ilə “Taliban” hərəkatı arasında danışıqlar aparılıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, “Taliban”la danışıqlar Türkiyənin Kabildəki səfirliyində baş tutub və danışıqlar 3,5 saat davam edib.

“Bizim kiminlə, harada və nə zaman danışıqlar aparmaq üçün kimsədən icazə almaq kimi bir öhdəliyimiz yoxdur. Hazırda Əfqanıstanda ciddi idarəçilik boşluğu var. Lazım gələrsə, danışıqlar apararıq. “Taliban”la Kabildəki səfirliyimizdə 3,5 saat davam edən danışıqlar aparılıb. “Taliban”ın bizə Kabil hava limanı ilə bağlı təklifləri var. Bu məsələdə hələlik qəbul edilmiş bir qərar yoxdur”, - deyə Türkiyə dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR