Kabildəkı terror aktında Taliban komandirlərindən biri öldürülüb

Maulvi Həmdullah Mohlis

© APA | Maulvi Həmdullah Mohlis

# 03 noyabr 2021 12:38 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktında Talibanın komandiri də öldürülüb.

APA-nın "pahjwok" saytına istinadən verdiyi xəbərə görə, Kabil korpusunun komandiri Maulvi Həmdullah Mohlis noyabrın 2-də Kabildə xəstəxanaya hücum zamanı öldürülüb.

"Biz Sərdar Davud Xan xəstəxanasının hücuma məruz qalması ilə bağlı informasiyanı əldə edən kimi Kabil korpusunun komandiri Maulvi Həmdullah Mohlis hadisə yerinə tələsdi. Onu saxlamağa çalışsaq da, bundan imtina etdi. Sonra öyrəndik ki, xəstəxanada üz-üzə atışma zamanı şəhid olub", - Talibanın media rəsmisi bildirib.

Qeyd edək ki, Maulvi Həmdullah Mohlis Haqqani şəbəkəsinin üzvü və Bədri Korpusunun xüsusi qüvvələrinin zabitidir. O, Taliban Kabili ələ keçirdikdən sonra öldürülən ən yüksək səviyyəli Taliban təmsilçisidir.

Xatırladaq ki, noyabrın 2-də Kabildə xəstəxananın yaxınlığında ard-arda iki partlayış törədilib, daha sonra silahlı şəxslər xəstəxanaya daxil olub. Hücumlar nəticəsində 19 nəfər həlak olub. Bəzi mənbələr bu rəqəmin 49 olduğunu bildirib.

Talibanın yaydığı məlumata görə, xəstəxanaya hücum edənlərin sayı 5 nəfər olub və onların hamısı öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR