Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub

Mövlud Çavuşoğlu və NATO-nun Baş katibi Yens Stoltenberq

© APA | Mövlud Çavuşoğlu və NATO-nun Baş katibi Yens Stoltenberq

# 22 may 2021 03:21 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə telefonla danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon söhbətində M.Çavuşoğlu iyunun 14-də keçiriləcək NATO sammiti hazırlıqları ilə bağlı Y.Stoltenberqlə fikir mübadiləsi aparıblar. Bundan başqa, NATO-nun qarşıdakı 10 ildəki istiqamətinin təyin edilməsi və Əfqanıstandakı son hadisələr barədə müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR