Mövlud Çavuşoğlu Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcək

Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri

© APA | Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri

# 10 oktyabr 2021 12:28 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 11-12-də Qoşulmama Hərəkatının (QH) yüksək səviyyəli yubiley toplantısında iştirak edəcək.
APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbərinə görə, Mövlud Çavuşoğlunun toplantıdan əlavə, həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan tərəfi QH-nin hazırkı sədri kimi Serbiya tərəfinin 11-12 oktyabr tarixlərində Belqradda Qoşulmama Hərəkatının Birinci Konfransının 60 illiyini birgə qeyd etmək təşəbbüsünü dəstəkləyib.
QH 1961-ci ilin sentyabrında Belqrad Konfransında yaradılıb. Hərəkat özündə 120 üzv dövləti, 17 müşahidəçi ölkəni birləşdirir.
Türkiyə QH-nin üzvü olmadığı üçün, M.Çavuşoğlu bu tədbirə xüsusi dəvət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR