MSK: Özbəkistanda seçkilərdə seçici fəallığı 70%-dən yuxarı olub

MSK: Özbəkistanda seçkilərdə seçici fəallığı 70%-dən yuxarı olub
# 24 oktyabr 2021 18:16 (UTC +04:00)

Bazar günü Özbəkistanda keçirilən prezident seçkilərində yerli vaxtla saat 17.30-a kimi seçici fəallığı 70%-dən çox olub.

APA bildirir ki, bunu mətbuat konfransında ölkənin MSK sədrinin müavini Bəhrom Kuçkarov deyib:

"Artıq 15 milyondan çox insan seçkilərdə səs verib; yerli vaxtla saat 17.30 -a qədər seçici fəallığı 70%-dən çox idi."

Bəhrom Kuçkarov eyni zamanda, MSK -nın səsvermə prosesini yaxından izlədiyini əlavə edərək, mətbuatı və ictimaiyyət üzvlərini buna kömək etməyə çağırıb.

Onun sözlərinə görə, bəzi pozuntu halları artıq qeydə alınıb ki, bu barədə materiallar prokurorluğa təhvil veriləcək .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR