Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 50-yə çatıb, 100-dək yaralı var - YENİLƏNİB

Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 50-yə çatıb, 100-dək yaralı var - YENİLƏNİB
# 07 iyun 2021 14:20 (UTC +04:00)

Pakistanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı artıb.

APA-nın məlumatına görə, yerli ARY News telekanalı xəbər verir ki, ölənlərin sayı 50-yə çatıb, 70 nəfər yaralanıb.

Geo TV isə yaralı sayının 100-dək olduğunu açıqlayıb.

***

09.01

Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində azı 36 nəfər ölüb, 64 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Geo TV” kanalı polis və xilasetmə qruplarına istinadla məlumat yayıb.

Qəza ölkənin cənubunda Sind əyalətindəki Qotka şəhəri ərazisində baş verib. Qatarlardan biri relsdən çıxıb, bundan sonra ikinci qatar ona çırpılıb. Polis rəsmisi əlavə edib ki, yerli sakinlər, xilasedicilər və polis yaralı sərnişinləri və ölənlərin cəsədlərini yaxınlıqdakı xəstəxanalara aparır.

Hadisə zamanı 14 vaqon aşıb, onlardan səkkizi isə tamamilə məhv olub.

Hazırda xilasetmə əməliyyatı davam edir. Hadisənin səbəbləri açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR